Yaponiyada islam

Yaponiya müsəlmanları
日本のイスラム教徒
Nihon no isuramukyoto
Yaponiyada dondurma satan müsəlman türklər.
Yaponiyada dondurma satan müsəlman türklər.
Ümumi say
200.000[1]
Əsas regionlar
Əsas: Tokio [2]
Digər: Osaka, Yokohama, Kioto, NaqoyaKobe [2]

Yaponiyada islam (日本でイスラム, Nihon de İsuramu?) az yayılmış dinlərdən biridir. İslam dini Yaponiyaya çox gec çatan dinlərdən biri olmaqla yanaşı xristianlıqdan daha az yayılmış dindir. Müsəlman ölkələrdən uzaqda yerləşməsi, buddizmə marağın daha güclü olması və uzunmüddətli izolyasiya şəraitinə görə Yaponiya islamla ancaq XIX əsrin sonlarında tanış olub. 1920-ci illərdə ilk dəfə Rusiyadan müsəlmanların Yaponiyaya miqrasiyası baş verib.

Quranın yapon dilinə ilk tam tərcüməsi də 1920-ci ilə təsadüf edir. 1930-cu illərdə Yaponiya hökumətinin müsəlmanlara dəstək siyasəti nəticəsində ilk məscidlər ortaya çıxıb və ölkədə islam araşdırmaları güclənib. İkinci dünya müharibəsindən sonra yapon müsəlmanları ilk təşkilatlarını (1952) və ilk məscidlərini (1977) qurublar. 1973-cü ildə baş verən Neft böhranı və 1979-cu ildə İranda baş verən islam inqilabı Yaponiyada islama olan marağı daha da gücləndirib. 1990-cı illərdə müsəlman ölkələrdən başlayan miqrasiya axınının güclənməsi də Yaponiyada müsəlman əhalinin artmasına səbəb olur.

Hal-hazırda Yaponiyada 200 min müsəlman yaşayır ki, onlardan 43 mini yapon müsəlmanlardır. Onların böyük hissəsini islam dövlətlərindən işləməyə gələn miqrantlar təşkil edir. Müsəlman əhali əsasən Tokio şəhərində cəmlənsə də, Yaponiyanın digər böyük şəhərlərində də müsəlmanlar kompakt halda yaşayırlar. Məscidlərin sayı isə 105-dir. Ölkədə Yaponiya Müsəlman Assosiasiyası, Yaponiya İslam Mərkəzi, Yaponiya İslam Mədəniyyəti Cəmiyyəti, Yaponiya İslam Konqresi kimi təşkilatlar fəaliyyət göstərir. Yaponiyada yaşayan müsəlmanların qarşılaşdıqları əsas problemlər müsəlman qəbiristanlıqların azlığı, halal qida məsələsi və islam təhsilinin çatışmazlığıdır.

  1. Sitat səhvi: Yanlış <ref> teqi; mainichi adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 Anis, 1998. səh. 339

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search